!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa və İranın həyata keçməyən arzuları: “Ermənistan üçün geriyə dönüş yoxdur” - ŞƏRH

!Reklam – Yazi

“Fransa və İran regionda qarışıqlıq yaratmağa çalışsa da, mane ola bilmədi”.

Bunu 2022-ci ildə Ermənistan-Azərbaycan arasında gerçəkləşməyən sülh müqaviləsinin 2023-cü ildə reallaşmasından danışan politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, 2023-cü ildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacağına şübhə etmirəm:

“Sülh müqaviləsinin reallaşmasına can atan tərəf məhz Azərbaycandır. Ermənistan artıq elə bir vəziyyətdədir ki, qaçacaq yeri qalmayıb. Paşinyan hər tərəfdən sülh çağırışlarının gəldiyini görür. Azərbaycan sülh prosesinə mane olmaq istəyən qüvvələri məharətlə dəf edib. Fransa və İran regionda qarışıqlıq yaratmağa çalışsa da, mane ola bilmədi.
Ölkə daxilində bir sıra qüvvələr hökumətə Laçın yolunda bizim hərbiçilərimizin də dayanması ilə bağlı çağırış edirdi. Lakin ölkə rəhbərliyi bunu birdən etməyin istənilən nəticəyə yox, yenidən hərbi qarşıdurmanın rəvac verə biləcəyini nəzərə alaraq, səbrlə, yumşaq güc və sivil aksiyalar vasitəsi ilə sülhü yaxınlaşdırma yönündə siyasət aparır.

İlham Əliyevin qurduğu strategiya sülhün aça bilmədiyi qapıları hərbi güclə, hərbi gücün işlənməsinə zərurət olmadığı qapıları isə sülh yolu ilə açmaqdır. 44 günlük Vətən müharibəsində bunun şahidi olduq.

Bu gün Xankəndi və Zəngəzur istiqamətində kilidli qapıların necə açıldığını müşahidə edirik.

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başlayıb. Bu da kilidli qapıların açıldığına işarədir. Baş verən proseslərin ermənilər üçün geriyə dönüşü yoxdur. Ermənistanın yeganə nicat yolu Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv