!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa XİN senatın qalmaqallı qərarına münasibət bildirdi

!Reklam – Yazi

“Qarabağın təktərəfli qaydada tanınması heç kimə fayda verməyəcək.”

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fransa XİN senatın Dağlıq Qarabağla bağlı qalmaqallı qərarına münasibət bildirib.

“Qarabağın təktərəfli qaydada tanınması heç kimə fayda verməyəcək və vasitəçilik səylərinə xidmət etməyəcək. Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir və 9 noyabrda tərəflərin atəşkəslə bağlı razılaşmasının yerinə yetirilməsi mövqeyindən çıxış edir”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Fransa senatında qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır və hökumət tərəfindən yerinə yetirilməsi mütləq deyil.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv