!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada CASUS QALMAQALI: Rusiyaya “işləyən” 4 nəfər həbs edildi

!Reklam – Yazi

Fransada Rusiyanın xeyrinə casusluq fəaliyyətində şübhəli bilinən 4 nəfər həbs olunub.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, yarımötürüclərin istehsalı ilə məşğul olan “Ommic” şirkətində çalışan 2 Fransa və 2 Çin vətəndaşı casusluq ittihamı ilə gözaltına alınıb.

Məlumata görə, həbs edilən şəxslər sənaye sirlərini Rusiya və Çinə ötürməkdə şübhəli bilinirlər.

Qeyd olunur ki, bu barədə ittihamlar hələ martın 24-də irəli sürülsə də, məhkəmə sözügedən işin hansı predmet üzrə aparıldığını yalnız iyulun 27-də açıqlayıb.

Əsasən, telekommunikasiya və kosmik sferalar üçün yarımötürücülər istehsal edən Fransanın “Ommic” şirkəti öz seqmentində ölkənin flaqmanı hesab olunur.

Son dövrlərdə şirkət tərdricən 63 yaşlı çinli Ruodan Z-nin nəzarətinə keçməkdədir.

O, 2018-ci ildə şirkətin səhmlərinin 94 faizini alaraq “Ommic”in prezidenti olub.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv