!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada ermənilərin yaraladığı 12 yaşlı uşaq ÖLDÜ

!Reklam – Yazi

Fransada fermerlərin etiraz aksiyası zamanı ermənilərin törətdiyi yol qəzası nəticəsində yaralanan uşaq xəstəxanada ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə “France Info” radiostansiyası prokurorluğa istinadən məlumat yayıb. Bildirilir ki, Fransada avtomobilin etirazçıları vurması nəticəsində yaralanan yeniyetmə qız xəstəxanada ölüb

Bununla da hadisə qurbanlarının sayı iki nəfərə çatıb.

Onun sözlərinə görə, Tuluza xəstəxanasının mərkəzinə yerləşdirilən 12 yaşlı zərərçəkən saat 19:00 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Şəhərətrafı şossedə nümayişdə iştirak edən valideynləri avtomobil vurub.
Qızın anası yerindəcə ölüb, həkimlər hələ də atasının həyatı üçün mübarizə aparırlar.

Bundan əvvəl Fermerlər İttifaqları Milli Federasiyasının rəhbəri Arno Russo bildirib ki, Fransanın cənubundakı Ariege departamentinin şossesində fermerlərin etiraz aksiyası zamanı avtomobil üç nəfəri vurub.

“Le Parisien” qəzetinin yazdığına görə, fermerləri vuran avtomobildə Ermənistandan olan üç erməni mühacir olub.

Onlara sığınacaqdan bir neçə dəfə imtina edildikdən sonra 2023-cü ilin payızında ölkəni tərk etmək əmri verilib. Hər üçü hazırda həbs olunub.

Xuraman Etibarlı

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv