!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada Makrona qarşı ETİRAZLAR: Müxalifət NATO və Avropa İttifaqından çıxmağı tələb edir

!Reklam – Yazi

“Makronun apardığı daxili və xarixi siyasət, Afrikadakı uğursuzluqlar insanarı bezdirib”.

Bu fikri Yenicag.az-a açıqlamasında Fransadakı aksiyaları, bu etirazları yaradan səbəbləri dəyərləndirən politoloq Yusif Bağırzadə səsləndirib.

Yusif Bağırzadənin sözlərinə görə, aksiyaların səbəbi təkcə Ukrayna deyil.

“Fransada baş verənlər Makron hakimiyyətinin uğursuz daxili və xarici siyasətiin nəticəsidir. Uzun müddətdir ki, Fransanın vaxtilə müstəmləkəsi olan ərazilərdə yaşanan etirazlar indi Fransanın daxilinə keçirb.

Xüsusilə də fevral ayında Avropa İttifaqının Kiyevə 50 milyard avro ayırmaq qərarından sonra Makrona müxalifət olanlar daha da fəllaşıb. Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukraynanın “dərin korrupsiyaya uğramasını” əsas gətirərək, yardıma narazılığını bildirmişdi.

Beləliklə, artıq iki aydır bununla bağlı davam edən etirazlar dünən Parisdə daha kütləvi aksiyanın keçirilməsinə gətirib çıxardı. “Sülh naminə” adı ilə keçirilən aksiyada Kiyevin davamlı olaraq silahla təmin olunmasının dayandırılması, Fransanın NATO və Avropa İttifaqından çıxması tələb olunub”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, nümayişçilərin fikrincə, Parisin münaqişələri qızışdırmaq yolu ilə getməyi dayandırmasının və nəhayət, başqalarının maraqlarını müdafiə etməyi dayandırmasının vaxtı çatıb:

“Məsələ burasındadır ki, sadə fransalılar Ukraynaya hərbi tədarükün maliyyə yükünü daşımaqdan artıq yorulublar. Baxmayaraq ki, Fransa Avropa İttifaqı ölkələri sırasında Ukraynaya yardımın həcminə görə heç ilk onluqda da deyil, amma bu belə, Fransa əhalisini narahat edir.

Təbii ki, səbəb təkcə Ukrayna deyil. Ümumiyyətlə, Makronun Cənub Qafqaz siyasəti, yanlış siyasət yürütdüyü üçün bir-birinin ardınca Afrika ölkələrindən qovulması və nəticə etibarilə artıq həmin ölkələrin sərvətlərini daşıyıb gətirə bilməməsi, eləcə də Fransa casus şəbəkəsinin dünyanın müxtəlif ölkələrində biabırçı şəkildə ifşası insanarı bezdirib”.

Y.Bağırzadənin sözlərinə görə, buraya kənd təsərrüfatı ilə bağlı yanlış qərarları da əlavə etmək olar.
“Fransızların əksəriyyəti Makronun kənd təsərrüfatı istehsalçılarını kifayət qədər dəstəkləməməsindən narazılıq edirlər. Bu istiqamətdə Avropa İttifaqının da rolu ciddi tənqid olunur. Fransalı fermerlər Brüsselin kənd təsərrüfatı siyasətini fransız fermerləri üçün olduqca mənfi hesab edirlər və elə bu səbəbdən də Avropa İttifaqından çıxmaq kimi tələblər irəli sürürlər.

Ümumiyyətlə, Avropa İttifaqına seçkilərə olduqca az vaxt qaldığı bir dönəmdə Fransada Makron hakimiyyətinə qarşı olan etirazlar rəsmi Paris üçün olduqca ağır nəticələrə gətirib çıxara bilər”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv