!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada prezidentliyə namizədlərin Ermənistan SEVDASI: "Əsas günahkar Rusiyadır" - İlham İsmayıl

!Reklam – Yazi

“Fransada prezidentliyə namizədlər əvvəlki illərdən fərqli olaraq seçki kampaniyalarına Ermənistandan başlayırlar”.

Bu sözləri Fransa prezidentliyinə namizədlərin Ermənistan, daha sonra Xankəndinə səfəri, səsləndirdikləri anti-Azərbaycan fikirləri və Rusiyanın bu səfərlərə göz yummasını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Fransa prezidentliyinə namizədlərin Qarabağa ayaq açmasının günahkarı Rusiyadır:

“Rusiya Fransa prezidentliyinə namizədləri Qarabağa buraxmaqda əsas günahkardır. Demirəm ki, Makron Putindən xahiş edib, rəqiblərini Xankəndinə ondan sonra buraxıblar. Sadəcə bəzi məsələlərdə Fransa ilə Rusiya ortaqdır. Təkcə dekabr ayında Makronla Putin Qarabağ söhbəti ediblər. Həm Bressel görüşündən əvvəl, həm də sonra Fransa və Rusiya prezidentləri Qarabağ məsləsini müzakirə ediblər. Fransa prezidentliyinə namizəd Valeri Pekresin Xankəndinə səfərinin birinci günahkarı nə Fransadır, nə Ermənistan. Məhz buna şərait yaradan Rusiya günahkardır. Rusiya dövləti 10 noyabr bəyanatında imza atıb ki, üçüncü dövlətin nə vətəndaşı, nə yük avtomobili ora daxil ola bilməz. İndi siyahı çıxır ki, müharibədən sonra Qarabağın işğaldan azad edilməmiş bölgəsinə çoxlu sayda fransız gəlib, gedib. Rusiya da buna göz yumub.

Bu pozuntuların qarşısını ala biləcək qüvvə Azərbaycandır, biz də ortada yoxuq. Nə Rusiya qarşsında bu tələbi qoya bilirik, nə də Laçın dəhlizinə özümüz nəzarət edə bilirik. Bu hazırda Azərbaycanın əlində bir əsasdır. Fransa və Rusiya qarşısında qəti mövqe qoymalıyıq. Hətta xəbərdarlıq etməliyik ki, belə hal təkarar olarsa, Laçın dəhlizinə sərhəd qoşunlarımızı yerləşdirəcəyik. Azərbaycan məhz bu dillə danışmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv