!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada qətldə əli olduğu iddia edilən 6 yeniyetmə müsəlman MÜHAKİMƏ OLUNACAQ

!Reklam – Yazi

Fransada tarix müəlliminin qətlində əli olduğu iddia edilən 6 yeniyetmə müsəlman mühakimə olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Reuters”yayıb. Agentlik bildirir ki, Fransada altı yeniyetmə 2020-ci ildə tarix müəllimi Samuel Patinin başının kəsilməsində iştirak etdiklərinə görə mühakimə olunacaq,

Müəllim ifadə azadlığı dərsi zamanı şagirdlərinə Məhəmməd peyğəmbərin karikaturalarını göstərib. Müəllimin bu hərəkəti müsəlman valideynləri qəzəbləndirib. Müsəlmanlar peyğəmbərin hər hansı təsvirinin küfr olduğuna inanırlar.

Şagirdlərdən biri, 15 yaşlı qız valideynlərinə Patinin sinfində peyğəmbərin karikaturalarını göstərdiyini deyib. O, yalan xəbər verməkdə ittiham olunacaq. Çünki hadisə baş verən zaman onun sinifdə olmadığı müəyyən edilib.

47 yaşlı Pati Paris ətrafındakı məktəb qarşısında 18 yaşlı rusiyalı çeçen tərəfindən öldürülüb. O, qısa müddət sonra polis tərəfindən güllələnib.

Hücum zamanı 14-15 yaş arasında olan digər beş azyaşlı isə sui-qəsd və ya pusqu planlaşdırmaqda ittiham olunacaq.

Onlar Patinin yerini qatilə işarə etməkdə və ya onun məktəbdən çıxışını izləməyə kömək etməkdə şübhəli bilinirlər.

Dekabrın 8-dək davam edəcək dinləmələr bağlı qapılar arxasında keçiriləcək.

Təqsirləndirilən şəxsləri 2,5 ilə qədər həbs gözləyir.

Xuraman Etibarlı

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv