!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada senzura SKANDALI: Makronun Afrikadakı uğursuzluğu barədə yazmaq qadağan edildi

!Reklam – Yazi

Fransa Xarici İşlər Nazirliyi ölkənin Nigerdəki səfirinə prezident Emmanuel Makronun Afrikadakı uğursuzluğu haqqında kitab nəşr etməyi qadağan edib və bu, yeni qalmaqala səbəb olub.

Yenicag.az xəbər verir ki, Makronun siyasəti nəticəsində Niger ölkəsi ilə bütün əlaqələri kəsdiyi və səfirliyin özü bağlandığı üçün səfir Silven İtte dekabrın sonundan Parisdədir.

Diplomat Nigerdəki hadisələrlə bağlı kitab yazıb, lakin Xarici İşlər Nazirliyinin baş katibi An-Mari Deskot səfirə təhdid dolu ritorikadan ibarət məktub göndərib.

Deməli, Makron özünü “demokratiyanın beşiyi” adlandıran ölkədə artıq açıq şəkildə, dövlət səviyyəsində Afrikadakı uğursuzluğu ilə bağlı istənilən bəyanatı ört-basdır etməyə çalışır.

Əlbəttə, vaxt gələcək və kimsə Fransanın Cənubi Qafqazdakı uğursuzluğundan da yazacaq.

Qeyd edək ki, keçən il iyulun sonunda Nigerdə ​​prezident qvardiyasından bir qrup hərbçi qiyam qaldıraraq prezident Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını bəyan etmişdi. Dövləti idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradıldı. Yeni hakimiyyətin qərarlarından biri də ekstremist qruplarla mübarizə üçün Nigerdə​​hərbi kontingentin yerləşdirilməsi ilə bağlı Fransa ilə sazişlərin denonsasiyası olub. Fransa oktyabrın 10-da Afrika ölkəsindən qoşunlarını çıxarmağa başlayıb. Həmin vaxt Nigerdə​​təxminən 1,4 min fransız əsgəri var idi. Dekabrın 4-də Niger Avropa İttifaqı ilə hərbi əməkdaşlığı ləğv etdi./Trend/

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv