Fransada yeni baş nazir TƏYİNATI – Adı açıqlandı

Fransada Baş nazir Eduard Filipin istefasından sonra yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, məlumatı Yelisey Sarayı yayıb.

Məlumatda bildirilib ki, Jan Kasteks Fransanın yeni baş naziri təyin edilib.

O, bundan əvvəl Fransa Prezidenti Administrasiyası başçısının müavini vəzifəsində işləyib.