!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransadan ABŞ-a vergi təzyiqi

!Reklam – Yazi

Fransa hökumətinin Amerika texnoloji firmalarına digital xidmət vergisi tətbiq etməsi Vaşinqtonda sərt reaksiya doğurub. ABŞ Ticarət Təmsilçiliyi bəyan edib ki, Parisin bu qərarına etiraz olaraq Fransadan idxal olunan 2,4 milyard dollar dəyərində 100-ə yaxın məhsula qoyulan vergi ikiqat artırıla bilər.

Yenicag.az xəbər verir ki, Fransanın vergi tətbiq etdiyi texnologiya şirkətləri Google, Facebook, Apple və Amazon kimi iri şirkətlərdir.

Bu qərar Fransa və ABŞ arasında son illərdə davam edən soyuq münasibətləri üzə çıxaran növbəti hadisədir. Tramp hökuməti bundan əvvəl Çin və daha bir neçə ölkəyə də vergi güzəştlərini ləğv edib və buna görə ciddi tənqidlərə tuş gəlib.

Bir neçə gün əvvəl isə Fransa prezidenti NATO-nun “beyin ölümü” keçirdiyini bildirməklə Alyans daxilində ciddi mübahisələrə səbəb olmuşdu. Makron Avropada ABŞ-ın təsirinin azalması, hətta vahid Avropa ordusu yaradılması planını irəli sürüb.

Son baş verənlər isə Paris və Vaşinqton arasında soyuqluğu daha da gücləndirəcəyi ehtimal olunur. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer bildirib ki, Vaşinqtonun sanksiyalarına cavab olaraq Avropa İttifaqı “güclü cavab” verməyə hazırlaşır.

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv