!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransadan GERİ ADDIM: İlk ordu birləşmələri Nigerdən ÇIXDI

!Reklam – Yazi

İlk fransız ordusu Nigeri tərk etməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə AFP agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahında məlumat yayıb.

“Birinci birləşmələr geri çəkildi”, – agentliyin Baş Qərargahın bəyanatında deyilir.

İyul ayında hərbi çevrilişlə ölkədə hakimiyyəti ələ keçirən Nigerin yeni hökuməti demək olar ki, dərhal fransız qoşunlarının çıxarılmasını tələb edib.

Paris əvvəlcə Niameyin tələblərini rədd etsə də, tezliklə geri addım atmalı olub.

Bir neçə gün əvvəl Fransanın bir həftə ərzində qoşunlarını Nigerdən çıxarmağa başlayacağı məlum olub.

Sentyabrın sonunda Fransa səfiri də Nigeri tərk edib.

Xuraman Etibarlı

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv