!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransadan İslam dininə qarşı növbəti DÜŞMƏN MÜNASİBƏT: "Bu, paradoksal bir vəziyyət yaradacaq" - MİLLƏT VƏKİLİ

!Reklam – Yazi

“Fransanın bu addımı Avropa İttifaqının imicinə böyük zərbə vurur”.

Bunu Frans hökumətinin məktəblərdə müsəlman geyimlərini qadağan etməsi məsələsini şərh edərkən millət vəkili Elşad Mirbəşiroğlu Yenicag.az-a açıqlamasında deyib.


O, Fransanın İslam dininə qarşı bu addımının paradoksal bir vəziyyət yaratdığını bildirib:

“Hər şeydən öncə özünü müasir göstərməyə çalışan Fransanın bu addımı paradoksal bir vəziyyət yaradır. Tolerantlıq, multikulturalizm ideyalarının Avropa cəmiyyətlərində təbliği istiqamətində işlər görülür. Amma Fransanın addımları göstərir ki, bu, əslində deklarativ xarakter daşıyır. Avropanın ayrı-ayrı ölkələrində biz İslam dininə münasibətdə artıq son 10 ildir ki, dözümsüzlüyü görürük. Həm oradakı məscidlərdə azan səsinə görə, həm də İslam dininin qaydalarına əməl olunması imkanlarının məhdudlaşdırılması aydın göstərir ki, bütövlükdə Avropada bu dinə münasibətdə dözümsüzlük mövcuddur. Bu da özlüyündə multikulturalizm ideyalarının Avropada iflasa uğradığının göstəricisidir.

Fransa xüsusilə də son illərdə İslam dünyasına münasibətdə olduqca barışmaz, düşmən mövqeyindən çıxış etməkdədir. Bu da, təbii ki, Avropa İttifaqının imicinə böyük zərbə vurması deməkdir”.

Sadiq Cavadov

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv