!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransadan SİYASİ ŞOU: "Bu, eskolasiyaya, sonra da müharibəyə səbəb ola bilər"

!Reklam – Yazi

“Fransa çalışır ki, bu regionda Azərbaycan və Türkiyənin güclənməyinin qarşısını alsın, geosiyasi baxımdan hümanitar fəlakət şousunun arxasında bu dayanır”.

Bu sözləri Fransanın Ermənistandan, Azərbaycanın isə Ağdam yolu ilə Qarabağa hümanitar yardım göndərməsi, ermənilərin Azərbaycanın göndərdiyi yardıma etiraz etməsi və gözlənilənləri şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyev bildirib ki, məsələnin bu həddə çatmasında Fransanın rolu var:

“Baş verənləri sakit şəkildə də həll etmək olardı. Fransa bu məsələni beynəlxalq ictimaiyyətə çatdırdı, təbii ki, burda öz maraqları da var. Fransa çalışır ki, bu regionda Azərbaycan və Türkiyənin güclənməsinin qarşısını alsın. Geosiyasi baxımdan hümanitar fəlakət şousunun arxasında bu dayanır.

Qarabağda hümanitar böhran süni olaraq yaradılıb. Doğrudan da orda hümanitar böhran varsa, Azərbaycan Ağdam Xankəndi yolunu təklif etdi. Beynəlxalq hüquqa görə də suveren Azərbaycan ərazisinə daxil olan bütün yüklər üçün rəsmi Bakıdan icazə alınmalıdır.

Rəsmi Bakı hansı marşrut xəttinə icazə versə, yüklər də o xəttlə daxil olmalıdır. Görünən odur ki, 21 maşın yük Laçın sərhəd keçid məntəqəsində dayanmışdı, 10 TIR da Fransa tərəfindən göndərildi. Paris meri də əraziyə gəlib. Azərbaycana təzyiq edirlər ki, geri addım atsın. Çalışırlar ki, Laçın yolu açılsın. Onlar da, Azərbaycan da bilir ki, o yol bir dəfə açılsa, bağlanmayacaq. Laçın yolu açılıb, Ağdam-Xankəndi yolu açılmasa, bu, çox pis president yarada bilər.

Hesab edirəm ki, məsələ gərginləşsə, bu, eskolasiyaya gətirib çıxara bilər. Bu eskolasiyanın sonu müharibə ilə nəticələnəcək. Həm sərhəddə, həm də Qarabağda toqquşmalara səbəb ola bilər.

Vaxt ermənilərin əleyhinə işləyir. Ya Azərbaycanın təklifini qəbul edəcəklər, ya da edəcəklər, başqa yolu yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv