!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın Azərbaycanla "arzuolunmaz" oyunu: Qafqaz uğrunda mübarizənin son pərdəsində Parisin yeri - ŞƏRH

!Reklam – Yazi

“Fransa Azərbaycandan heyif çıxmaq niyyətindədir”.

Bu sözləri Azərbaycanın Fransanın 2, Fransanın isə Azərbaycanın 2 diplomatını “arzuolunmaz şəxs” elan etməsinin səbəb və nəticələrini şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Fransanın məqsədi Azərbaycandan nələrsə qoparmaqdır:

“Fransa mövqeyini gizlətmir, Qafqazda marağı var. Fransada güclü erməni diasporu var. Fransa siyasətində ermənilərin müəyyən qədər iştirakı var. Dünyanın bir çox regionda uduzan, müəyyən mövqelərini itirən Fransa regiona girmək üçün yollar arayır. Fransanın Ermənistanı silahlandırması, Ermənistanın möveyinin müdafiəsi üçün beynəlxalq təşəbbüslərlə çıxış etməsi, Azərbaycanın əleyhinə sanksiyaların qəbul edilməsinə çalışması təsadüfi deyil.

Qafqaz uğrunda mübarizənin son mərhələsi var. Avropa İttifaqına baxdıqda İngiltərə, ABŞ və İsrailin mövqeyi Azərbaycana qarşı daha loyaldır. Fransa və Rusiyanın yanaşmalarında fərqlilik var. Fransa geopolitik mənzərədə payçı olmaq istəyir. Fransanın Azərbaycana qarşı qıcıqlığı var. Antiterror əməliyyatından əvvəl Fransa Azərbaycana Laçın dəhlizi, Laçın sərhəd nəzarət buraxılış məntəqəsi üzərindən təzyiqlər edirdi. Ancaq Azərbaycan siyasi iradə nümayiş etdirdi və boyun əymədi. Fransa bunun heyfini də çıxmaq niyyətindədir.

Azərbaycanda prezident seçkiləri olacaq. Bütün prezident seçkiləri zəif həlqə sayıla bilir. Bundan istifadə edildiyini bilirik. Əvvəldən gələn bir gərginlik də var. İndiki zamanda bu basqıların arxasında Azərbaycandan nələrsə qoparmaq, Qafqaza girməyin qapısını açmaq niyyətinin durduğunu görürəm”.

Səxavət Məmməd

www.yenicag.az

1898
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv