Fransanın Baş naziri istefa verdi

Fransa Baş naziri Eduard Filip istefa verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Yelisey Sarayının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, E.Filipp səhər saatlarında istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib.

“Eduard Filip bələdiyyə seçkilərində namizəd olub. O, seçkilərdə qalib gələrək Havr şəhərinin bələdiyyə sədri seçilib. E.Filip yeni kabinet qurulana qədər Baş nazir vəzifəsini icra edəcək”, – məlumatda bildirilib.

Fransada yaxın zamanlarda yeni hökumətin formalaşdırılması gözlənilir.