!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fransanın Cənubi Qafqazdakı proseslərə hər hansı formada təsir göstərməsi...” – Partiya sədri

!Reklam – Yazi

“Rusiya hazırda Qafqazda yaranmış yeni reallığı, Azərbaycan-Türkiyə birliyi faktorunu nəzərə almağın vacibliyini qəbul etməkdədir”.

Bu fikirləri Fransanın bir sıra siyasi partiya liderlərinin Ermənistanı himayəyə götürmək və Qarabağı Azırbaycanın nəzarətindən çıxarmaq çağırışı ilə ölkə Prezidenti Emmanuel Makrona ünvanladıqları müraciəti şərh edən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, fransız siyasətçilərin Makrona etdikləri bu müraciət daxili auditoriyaya yönəlik addımdır:

“Əslində, Fransanın Cənubi Qafqaz ölkələrinə, xüsusilə də Azərbaycan və Ermənistana münasibətdə hansı mövqedə olduğunu hamımız bilirik. Konkret desək, Fransa Ermənistanı açıq formada dəstəkləyir və imkan düşdükcə, bu münasibəti qabarıq büruzə verir.

Bildiyimiz kimi, hazırda Ermənistanla onun əsas dəstəkçilərindən biri olan Rusiya arasında bir gərginlik yaşanmaqdadır. Ermənistan rəsmilərinin Rusiyanın ünvanına səsləndirdikləri tənqidi fikir və narazılıqlar xeyli intensivləşib. Bu da onunla bağlıdır ki, Rusiya hazırda Qafqazda yaranmış yeni reallığı, Azərbaycan-Türkiyə birliyi faktorunu nəzərə almağın vacibliyini qəbul etməkdədir.

Belə olduqda, Ermənistanın əsas ümidi yenə də Fransaya qalır. Ancaq Fransa siyasətçilərinin Makrona yazdıqları bu müraciət sadəcə, deklorativ xarakter daşıyır və daxili auditoriyaya yönəlib. Çünki Fransanın Cənubi Qafqazdakı proseslərə hər hansı formada təsir göstərməsi qətiyyən real deyil. Ona görə də bu müraciəti ciddiyə almağa ehtiyac görmürəm”.

A.Zeynalov

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv