!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın Ermənistana HAQSIZ DƏSTƏYİ: “Buna yalnız Azərbaycan qərar verə bilər” - RƏY

!Reklam – Yazi

“Qarabağda istər humanitar yardımın, istərsə də insanların gediş-gəlişi üçün hansı yolun uyğun olacağına yalnız Azərbaycan qərar verə bilər”.

Bunu Fransanın haqsız mövqedə dayanan Ermənistanı dəstəkləməsinə ABŞ və digər Avropa ölkələrinin səssiz qalmasına münasibət bildirən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Fransa birtəfərli qaydada hər zaman Ermənistanı dəstəkləyib:

“ATƏT-in fəaliyyəti sonlandıqdan sonra da Fransa hər fürsətdə Ermənistana dəstəyini göstərib. Bunu Vətən müharibəsindən öncə də, sonra da hər zaman müşahidə edirik. Bu addımları ilə Fransa daim özünün Ermənistanın böyük bacısı olduğunu sübuta yetirib. Haqsız mövqeyi dəstəkləyən Fransanın siyasəti hər zaman beynəlxalq platformalarda qınanılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı edərək məsələni başa salıb. Yalnız bu danışıqdan sonra Fransa bəyanatlar verərək Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün əlindən gələni edəcəyi ilə bağlı bəyanat verib.

Bütün dünya Qarabağın Azərbaycana aid olduğunu rəsmi olaraq tanıyır. Qarabağda istər humanitar yardımın, istərsə də insanların gediş-gəlişi üçün hansı yolun uyğun olacağına yalnız Azərbaycan qərar verə bilər.

Ermənilər siyasi manipulyasiyalar etməyə çalışırlar. Lakin artıq onlara heç kəs inanmır. Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin şərtləri bir çox sülhsevər ölkələr tərəfindən əlverişli olaraq qəbul edilib. Hazırda həmin ölkələr Ermənistanın Azərbaycanla sülh müqaviləsini bağlaması üçün səy göstərir. Bunu Avropa və ABŞ diplomatlarının bəyanatlarında müşahidə etmək mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv