!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın planının PƏRDƏARXASI: “Ermənistana ötürülən silahlar İranda...” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Atılan bu addımda Fransanın niyyəti silahların Ermənistandan İrana çatdırılmasıdır”.

Bunu Fransanın Ermənistana silah ötürməsində nəzərdə tutulan məqsəd və regionda sülhün pozulması fəaliyyətindən danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanla Azərbaycan arasında hərbi toqquşma heç bir zaman istisna deyil. Çünki dəfələrlə Ermənistanın Azərbaycana qarşı təxribatlara əl atdığının şahidi olmuşuq:

“Heç bir zaman, nə indi, nə də gələcəkdə genişmiqyaslı olmayan lokal toqquşmaları istisna edə bilmərik. Bir müddət öncə Fransanın Ermənistana silah ötürməsilə bağlı xəbərləri gördük. Atılan bu addımda Fransanın niyyəti bu silahların Ermənistandan İrana çatdırılmasıdır. Dolayısı ilə həmin texnologiyalar əsasında kopyalanmış versiyaların HƏMAS və “hizbullah” tərəfindən istifadə edilməsi istisna olunmur.

Fransanın fəaliyyətində hər zaman Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgilədiyinin şahidi olmuşuq. Bu isə Ermənistana yaxın və orta perspektivdə yaxşı heçnə vəd etmir. Fransanın məqsədli addımları Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə, yeni toqquşmalar və münaqişələr yaratmağa xidmət edir. Bir sözlə desək, rəsmi Paris regionda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımları sıfırlamaq üçün əlində olan bütün imkanlardan geniş şəkildə istifadə edir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv