!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın saxta ERMƏNİ SEVGİSİ: "Özünün Cənubi Qafqazla bağlı çirkin çıxarlarını..."

!Reklam – Yazi

“Bu nüanslar heç bir halda Ermənistan xalqının Fransanın vecinə olmadığının göstəricisidir”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyanın Fransanın Ermənistanı maraqlarına görə dəstəklədiyi barədə fikirlərinə münasibət bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, Simonyan və digərləri artıq Fransanın Ermənistanı öz maraqları üçün istifadə etdiyinin fərqindədir:

“Fransa bütün beynəlxalq hüquq prinsiplərini və ədalət normalarını pozaraq Ermənistanı dəstəkləyir. Bunun isə əsas səbəbi Ermənistandan istifadə edərək özünün Cənubi Qafqazla bağlı çirkin çıxarlarını təmin etməkdir.

Tarixin müxtəlif dövrlərində erməni revanşist və “Daşnaksütyun” qalıntılarının bir sıra Avropa ölkələrində, xüsusən də Fransada məskunlaşdığı hər kəsə məlumdur. Bu gün Fransa ictimai-siyasi həyatında erməni əsilli siyasətçilərin, media nümayəndələrinin, vətəndaş cəmiyyəti institutu təmsilçilərinin sayı çoxdur. Ancaq birmənalı olaraq Fransanın Ermənistanı dəstəkləməsi Azərbaycan və Türkiyə qorxusundan irəli gəlir.

Yəni Frasna nə Ermənistan xalqına hörmət edir, nə də Ermənistanın gələcəyini fikirləşir. Əgər Fransa, həqiqətən, Ermənistana qarşı səmimi mövqe sərgiləsə və sülhün əldə olunmasını istəsə, münaqişənin alovlanmasında maraqlı olmazdı və Ermənistanı silahlandırmazdı. Bu nüanslar heç bir halda Ermənistan xalqının Fransanın vecinə olmadığının göstəricisidir. Fransanın çirkin maraqları üzündən Ermənistanın qonşuları ilə münasibətləri pisləşir, iqtisadiyyatı isə gündən-günə çökür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv