Fransanın xarici işlər naziri Azərbaycana səfərə gəlib

Fransanın Avropa və xarici işlər naziri Jan-Iv Lö Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.

Jan-Iv Lö Drianın Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov və maliyyə naziri Samir Şərifovla görüşü nəzərdə tutulub. Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək. Fransa və Azərbaycan arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.