!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransız nazirin planı gülüş obyekti oldu

!Reklam – Yazi

Fransanın ticarət naziri Oliviya Qrequarın yüksək inflyasiya ilə mübarizə təklifi bütün Avropada böyük müzakirələrə səbəb olub.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, nazir O.Qrequar inflyasiyanı azaltmaq üçün maraqlı bir həll yolu kimi məktəblərdə yemək dərslərinin keçirilməsini təklif edib. O açıqlama zamanı hazır və dondurulmuş qida məhsullarının kulinariya inflyasiyasının artırdığını, təzə tərəvəzlərin isə daha ucuz olduğunu qeyd edib. Buna görə də çıxışında “Hazır yemək əvəzinə daha ucuz xammal bişirməyi öyrənməliyik” ifadəsini işlədib.

Qeyd edək ki, hazırda yüksək inflyasiya ilə mübarizə və istehlak xərclərinin azaldılması səyləri Fransada gündəmə çevrilsə də, bu cür təkliflər geniş ictimai müzakirələrə səbəb olur. Nazir Qrequarın yemək dərsləri təklifi istehlakçı vərdişləri və qiymətlərlə bağlı dərin fikir ayrılıqlarını ortaya çıxarıb.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv