!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Freedom Finance Azerbaijan" şirkəti qanunu pozdu, lisenziyasız fəaliyyət göstərdi? - AÇIQLAMA

!Reklam – Yazi

15 Fevral 2021-ci il tarixində dövlət qeydiyyatına alınmış, hazırda 3 milyon 998 min 326 manat nizamnamə kapitalına malik olan, birja və investisiya sahələri üzrə ödənişli təlim xidmətləri göstərdiyini bəyan edən “Freedom Finance Azerbaijan” ASC-nin fəaliyyəti barədə bir sıra iddialar mövcuddur.

Yerli saytlardan birində dərc olunmuş jurnalist araşdırmasında bildirilir ki, bir sıra şəxslərdən, ABŞ-da təşkil olunmuş “Freedom Holding Corp.”a (FRHC) bağlı “Freedom Finance Azerbaijan” şirkətindən xidmət aldıqları və xidmətdən narazı qaldıqları, vəsaitlərinin alınmasında çətinlik çəkdikləri, onlardan əsassız xərc və rüsumlar alındığı barədə şikayətlər eşidilir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən

Araşdırmada vurğulanır ki, şirkətin çoxlu onlayn və oflayn reklamlarında çağırışlar əslində təlimlər ilə bağlı deyil, daha çox brend tanıtma və əsas investisiya xidmətlərini satmaq üçündür.

“KİPRDƏ YERLƏŞƏN ŞİRKƏT ÜZƏRİNDƏN XİDMƏT GÖSTƏRİLİR” İDDİASI

Araşdırmada qeyd olunur ki, Azərbaycanda dövlət qeydiyyatına alnmış “Freedom Finance Azerbaijan” şirkəti təlim adı altında əslində müştərilərə investisiya xidmətləri olan qiymətli kağızlar bazarında vasitəçilik və investisiya məsləhətləri xidmətləri göstərir. İddia olunur ki, bu xidmətlər Kiprdə qeydiyyata alınmış “Freedom Finance Europe Ltd.” şirkəti üzərindən təşkil edilir. Belə ki, investisiya ximdətlərinin reklamını görən müştəri şirkətlə əlaqə saxladıqdan sonra ona şirkətdə hesab açmaq və əməliyyatlar aparmaq təklif olunur. Daha sonra müştəriyə elektron müqavilə və invoys verilərək bank üzərindən köçürməyə yönləndirilir. Müştəri vəsaiti köçürdükdən sonra isə onunla iş başlayır. Parallel olaraq şirkətdən investisiya məsləhətləri almaq üçün müştəridən əlavə xərclər çıxılır və qeyri-peşəkar əməkdaşlar tərəfindən ona məsləhətlər verilməyə başlayır.

Araşdrmada xatırladılıb ki, Azərbaycanda investisiya fəaliyyəti “Qiymətli kağızlar bazarı haqqında” qanunla tənzimlənir, lisenziyalı fəaliyyət növüdür, o cümlədən şirkətin xidmət göstərən əməkdaşları Mərkəzi Bank tərəfindən attestasiya olunaraq müvafiq şəhadətnamə əsasında fəaliyyət göstərməlidirlər. Bu sahədə lisenziyasız və şəhadətnaməsiz fəaliyyət qanunu pozmaq deməkdir və cinayət əməli sayılır. Belə ki, bu pozuntu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən külli miqdarda gəlir əldə etməklə törədildikdə 1 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

1 MİLYON MANATA YAXIN XƏRCLƏRƏ QARŞI, 16 MİN MANAT GƏLİR

Marja.az xəbər verir ki, 2021-ci ildə gəliri olmayan “Freedom Finance Azerbaijan” 2022-ci ildə 16 min 360 manat gəlir əldə edib. Bu məbləğdə gəlirə qarşı şirkətin cəmi xərcləri 40 dəfə çox – 650 min 136 manat təşkil edib. “Freedom Finance Azerbaijan” ASC-nin cəmi xərcləri 2021-ci illə müqayisədə 2022-i ildə 2,5 dəfə artrıb, Ötən il şirkət 698 min 313 manat zərər edib və yığılmış zərəri 1 milyon 118 min manatı keçib. Şirkətin 2021 və 2022-ci ildə cəmi xərcləri 910 min 381 manat olub.

Diqqəti cəlb edən, ötən il “Freedom Finance Azerbaijan”ın işçi heyəti üzrə xərclərinin 3,8 dəfə artaraq 322 min manata yaxın olmasıdır. Eyni zamanda, 2022-ci ildə Şirkətin reklam xərcləri 5 dəfədən çox artaraq 64,5 min manatı, icarə xərcləri 45% artaraq 70 min manatı aşıb. İşçi heyəti, reklam və icarə xidməti üzrə yüksək xərclərinə qarşı “Freedom Finance Azerbaijan”ın təlimlərdən cəmi 16 min manat gəlir əldə etməsi müzakirələrə səbəb olub.

Müstəqil jurnalist araşdırmasında qeyd olunur ki, bu fakt özü-özlüyündə şirkətin müəammalı fəaliyyəti haqqında sual yaradır: “Nəyə görə 700 min manat xərcləmiş və bunun müqabilində yanlız 16 min manat gəlir əldə etmiş şirkətin səhmdarı şirkətə investisiyasını daha da artırsın?! Bu öz növbəsində bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, “Freedom Finance Azerbaijan” ASC-nin qanunsuz fəaliyyətindən onun səhmdarı olan “Freedom Holding Corp.”ın da xəbəri var və o birbaşa bu qanunsuz fəaliyyəti maəliyyələşdirir. Məqsəd isə aydındır. Azərbaycan vətəndaşlarının pulunu Kipr şirkəti olan “Freedom Finance Europe Ltd.” üzərindən xaricə çıxarmaq. Bu şirkət üzərindən əməliyyatların təşkil olunmasının səbəbi də aydındır. Bu ölkədə kapital bazarları üzrə tənzimləmə zəifdir və investorların hüquqlarının qorunması çox aşağı səviyyədədir”.

Araşdırmada digər bir iddia da yer alıb: “Freedom Holding Corp. şirkəti Azərbaycan ofisi ilə yanaşı Ermənistan Respublikasını da fəaliyyət ölkələrindən biri kimi göstərib. Ermənistanda da maliyyə xidmətləri göstərən şirkətin Azərbaycan Respublikası vətəndaşlarının məlumatlarını Erməni faşistlərinə ötürmədiyi nə məlumdur?”

“Freedom Finance Azerbaijan” ASC-nin nizamnamə kapitalının artımı ilə bağlı xəbərində qeyd edilmişdi ki, şirkət “Milli Depozit Mərkəzi”, “Meqa sığorta”, “Azpetrol”, “Paşa Kapital”, “ABB invest”, “Baker Tilly” kimi böyük şirkətlərə korporativ təlimlər təşkil edib. “Maraqlıdır ki, bu şirkət Azərbaycanın ən köklü infrastruktur iştirakçısı olan və Mərkəzi Bankın nəzdnində olan Milli Depozit Mərkəzinə, eləcə də “Meqa sığorta”, “Paşa Kapital”, “ABB invest” kimi peşəkar iştirakçılara necə bir təlim keçib?”, – jurnalist soruşur.

“FREEDOM FİNANCE AZERBAİJAN”DAN İDDİALARA CAVAB

Jurnalist araşdırmasındakı iddialar ilə əlaqədar “Freedom Finance Azerbaijan” ASC-nin mövqeyini öyrəndik.

“Freedom Finance Azerbaijan” ASC-nin rəhbəri Vüsal Məmmədov Marja.az-a açıqlamasında bildirdi ki, jurnalist araşdırmasındakı iddialar həqiqət deyil, sosial şəbəkələrdə, guya “Freedom Finance Azerbaijan” ASC-nin investisiya xidmətləri və bununla əlaqədar müqavilə bağlanması təklifini əks etdirən görüntülər saxtadır:

“Biz çoxdan rəsmi şəkildə Mərkəzi Banka lisenziya almaq üçün müraciət etmişik, şirkətin strategiyasını da təqdim etmişik. Hazırda yalnız kapital bazarları üzrə təlim xidmətləri göstəririk. Hesab edirik ki, jurnalist ararşdırması sifarişlidir. Kim istəyir gəlib bizim ofis ilə, təlimlərin keçirilməsi prosesi ilə tanış ola bilər. Biz maliyyə savadlılığının artırılması ilə məşğuluq, başqa fəaliyyətlər ilə məşğul olmuruq. Bizim adımızdan sosial şəbəkələrdə yalandan yazanlar, görüntülər paylaşanlar çoxdur”.

Vüsal Məmmədov 2022-ci il üzrə maliyyə hesabatında “Freedom Finance Azerbaijan” şirkətinin 700 min manat xərclərinə qarşı 16 min manat gəlirinin olmasına da münasibət bildirib: “Bir ölkədə inkişaf etmək üçün birinci sərmayə yatırmalısan, sonra pul qazanmalısan. Bu, biznesin qaydasıdır”.

Şirkətin rəhbəri, “Biz bütün iddialara cavab olaraq açıqlama hazırlayırıq, sizə təqdim edəcəyik” sözünü də verdi. İddialar ilə əlaqədar “Freedom Finance Azerbaijan” ASC-nin açıqlamasını yayımlanacaq.

“Freedom Finance Azerbaijan” ASC-nin rəhbəri, reklamlarında “broker” sözünün olduğu reklamlar ilə əlaqədar bildirdi: “Reklamlarımızda göstərilən “Freedom Broker” əmtəə nişanıdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi rəsmi şəkildə qeydiyyatdan keçirilmiş ticarət nişanıdır. Bizim holdinq də nəzarət edir, reklamlarımızda “Freedom Broker” ticarət nişanından istifadə etməliyik”.

Təlim xidmətləri adı altında lisenziyasız investisiya xidmətlərinin göstərilməsi iddiaları, “Freedom Finance Azerbaijan”ın lisenziya üçün rəsmi müraciət edib etmədiyi, Şirkətdə Mərkəzi Bank tərəfindən yoxlama aparılıb aparılmadığı və digər suallar ilə ötən həftə Mərkəzi Banka soğru göndərmişik. Mərkəzi Bankın sorğumuza cavabını dərc edəcəyik.

Guya “Freedom Finance Azerbaijan” şirkətinin Azərbaycanın ən böyük investisiya şirkəti olan “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-yə də təlim xidmətləri göstərdiyi barədə adı çəkilən Şirkətə müraciət etdik. “PAŞA Kapital”dan Marja.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Freedom Finance Azerbaijan” şirkəti tərəfindən “PAŞA Kapital İnvestisiya Şirkət”nə korporativ təlim keçirilməsi barədə məlumat yanlışdır: “”PAŞA Kapital İnvestisiya Şirkəti” ASC “Freedom Finance Azerbaijan” ASC-dən heç vaxt korporativ təlim xidmətləri almayıb”.

Qeyd edək ki, Azərbaycanda investisiya şirkətlərinin xidmətlərini göstərmək üçün lisenziyalar almaq tələb olunur. Bu sahədə lisenziyasız fəaliyyət haqsız rəqabətdir, cinayətdir və belə bir fəaliyyət investorların hüquqlarının pozulması və kapital bazarına inamın azalmasına səbəb ola bilər. “Freedom Finance Azerbaijan” ASC də Mərkəzi Bankın tələblərinə cavab verərsə və lisenziya alarsa, digər investisiya şirkətləri ilə eyni şərtlərdə xidmətlər göstərə bilər.

 

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv