!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FTX dirilir!: Rus casusları iş başında - Nə baş verir?

!Reklam – Yazi

“Moskva Rusiyada yaşayan xarici jurnalistləri və diplomatları izləmək üçün məxfi xüsusi kəşfiyyat bölməsini yenidən işə salıb. “KQB” kimi fəaliyyət göstərən bölmə diplomatların evlərinə soxulur, maşınlarını qəzaya uğradır, uşaqlarını izləyir”.

Yenicag.az xəbər verir ki, bu haqda qlobal kəşfiyyat işlərini işıqlandıran “Intel News” məqalə dərc edib.

Dərc olunan xəbərdə Rusiyanın əcnəbiləri, xüsusilə də Amerika vətəndaşlarını hədəf alan köhnə əks-kəşfiyyat bölməsini yenidən aktivləşdirdiyi iddia edilir. Rusiyanın dövlətdaxili təhlükəsizlik agentliyi olan FTX-nin nəzdində yaradılmış Əks Kəşfiyyat Əməliyyatları Departamenti (DKRO) Sovet İttifaqının dünya şöhrətli kəşfiyyat orqanı olan KQB-nin prioritet vəzifələrindən biri olan “ölkədə əcnəbilərə nəzarət etmək səlahiyyətinə malikdir.

DKRO-nun hətta Rusiya kəşfiyyat sistemində də imtiyazlı yerə sahib olduğu, mövcudluğunun çox məxfi saxlanıldığı və bu günə qədər 3 Amerika vətəndaşına qarşı əməliyyatlar keçirdiyi bildirilir. Bu insanlar arasında “Soyuq Müharibə” dövründə ilk dəfə Rusiyada “casusluq ittihamı ilə” həbs edilən ABŞ vətəndaşı Evan Gershkovic də var .

DKRO-nun rəhbəri Rusiya Prezidenti Vladimir Putinə ən yaxın adlardan biri olan keçmiş “KQB”nin yüksək vəzifəli məmuru Vladislav Menşçikovdur. Menşçikov və Putinin DTK-da birlikdə xidmət etdiyi də məlumdur.

Kəşfiyyat məlumatlarına görə, DKRO-nun öz daxilində alt bölmələri də var. Rusiyada “xüsusilə təhlükəli hesab edilən” xarici ölkələrin vətəndaşlarını və diplomatlarını izləyən bölmənin hesabatları prezident Vladimir Putinə təqdim olunur.

DKRO-nun birinci şöbəsi olan DKRO-1, təşkilatda ən çox personala malik bölmədir. Bu bölmənin əsas vəzifəsi Rusiyadakı ABŞ və Kanada vətəndaşlarını izləməkdir. ABŞ-Rusiya münasibətləri pisləşdikcə bu bölmənin əməliyyatları intensivləşib.

Əldə edilən məlumata görə, DKRO-nun ölkədə yaşayan xarici diplomatlara, jurnalistlərə qarşı psixoloji təzyiq-təhqirlər tətbiq etdiyi bildirilir. Bu fəaliyyətlər aşağıdakı kimi sıralanır:

– Diplomatların evlərinə gizlicə girmək, audio və video qeyd aparatları quraşdırmaq, yaxud evlərinə gizlicə girərək onları qorxutmaq.
– Diplomatların və jurnalistlərin maşınlarının sabotaj edilməsi, onların yararsız hala salması.
– ABŞ diplomatlarının və ABŞ səfirlərinin evlərində elektrik enerjisinin tez-tez kəsilməsi.

Yenə də əldə olunan məlumata görə, ABŞ səfirliyinin Moskvadakı şəhərciyi yaxınlığında yaradılmış polis məntəqələrindəki məmurlar əslində Rusiya polisi deyil. Amerika diplomatik mənbələrinə görə, səfirliyə çox yaxın olan bu şəxslər “polis qiyafəsində DKRO zabitləridir”.

Kəşfiyyat mənbələri isə bu vəziyyətin ictimaiyyətə əks olunmasının qarşısını almaq üçün hər iki ölkənin böyük səy göstərdiyini bildirir.

Nəsimi Ələsgərli

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv