Fuad Poladovla bağlı GİZLİNLƏR: “Dedi, on gün ömrü qalıb”

Xalq artisti Tariyel Qasımov mərhum aktyor Fuad Poladovla bağlı maraqlı fakt açıqlayıb.

Yenicag.az-a açıqlama verən T.Qasımov sənət dostunun ölümündən əvvəl seriala çəkiləcəyini, lakin amansız xəstəliyin buna imkan vermədiyini bildirib:

“Bir serialda hakim obrazına dəvət aldım. Gördüm ki, bu rol mənlik deyil, imtina etdim. Rejissora dedim ki, bu obraz xalq artisti Fuad Poladov üçün uyğundur. Çünki Fuad Poladov qapalı insan idi, həmişə düşüncəli olurdu, hətta yol gedəndə belə ətrafına baxmırdı. Həmin hakim obrazı da xaraktercə belə insan idi. Mən roldan imtina edəndən sonra Fuadın yanına getdilər. Fuad həmin vaxt xəstə olduğunu deyib və bildirib ki, əgər sağalsa, həmin seriala çəkiləcək. Rejissor Fuada deyib ki, biz səni gözləyərik. Eyni zamanda da, onun həkimi ilə danışıb, aktyorun səhhəti ilə maraqlanıblar. Həkim deyib ki, aktyorun on gün ömrü qalıb. Fuad Poladov həmin vaxt ərzində dünyasını dəyişdi və serial da çəkilmədi”.

Cəvahir