Fuad Poladovla vida mərasimi keçirilir – SON DƏQİQƏ

Bu dəqiqlərdə xalq artisti Fuad Poladovun yas mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub.

Vida mərasimində ictimaiyyət nümayəndələrindən Rasim Balayev , Elxan Yunus, Rövşən İsaq, Vidadi Əliyev, Anar Heybətov, Müşfiq Hətəmov və digərləri iştirak edirlər. Mədəniyyət Nazirliyinin əməkdaşları isə mərasimdə iştirak etmirlər. Hadisə yerində olan əməkdaşımızın bildirdiyinə görə, çadırın ətrafında mühafizəçilər var. Media nümayənlərinin bura girişi qadağan olunub.
Vida mərasimi 14.00 – dək davam edəcək.

Mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

F. Poladov vida mərasiminin evində keçirilməsini və “Qurd qapısı” qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.

Cəvahir Nehru