!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fuad Vəlixanov vəfat etdi

!Reklam – Yazi

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.

Yenicag.az-ın məlumatına görə, xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vişka” qəzetlərində və “Kommunist” nəşriyyatında çalışıb.

1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib.

1992-1993-cü illərdə ilk müstəqil “BM-Tİ” teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən “Lider” televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb.

2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən “Müəllif Proqramları və Xüsusi Lahiyələr” departamentinin direktoru vəzifəsində işləyir.

O, son olaraq “İctimai” TV-də çalışıb./Qafqazinfo/

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv