!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Full kontakt və kyokuşin karate üzrə Azərbaycan çempionatı keçirildi

!Reklam – Yazi

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən full kontakt karate və kyokuşin karate növləri üzrə 25-ci açıq respublika birinciliyi və çempionatı keçirilib.

AKF-dən Yenicag.az-a verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AKF-in vitse-prezidenti Allahverdi Rüstəmov və digər rəsmi şəxslər iştirak ediblər.

Yarışın açılış mərasimində son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda paytaxtla yanaşı, bölgələrdən 250-dən çox idmançı mübarizə aparıb. Qaliblər 48 dəst medal uğrunda qüvvələrini sınayıblar.

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv