!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fürsətçilərin “odlu” İFTAR MENYUSU: “Sahibkar”ların yeməklərin qiymətini süni şəkildə artırması...”

!Reklam – Yazi

“İftar menyusu özlüyündə dinin elementlərindən kommersiya məqsədi ilə istifadə etməkdir”

Bu fikirləri Ramazan ayının gəlişi ilə restoranlarda iftar menyularının qiymətindən yaranan narazılıq haqda danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, iftar menyusu mümkün olan minimal qiymət əsasında müəyyənləşdirilməlidir”:

“Ölkənin mövcud durumunda yerli sahibkarların səxavətlilik imici hələ də formalaşmayıb. Bu imic dünyada eşq və məhəbbət əsasında yaranmır. Xarici ölkələrdə belə hallar mümkün olsa da, Azərbaycanda bunu görmürük. Avropa və digər qonşu ölkələrdə xidmət sahələri bir-birilə rəqabət apardığına görə onlar ayrı-ayrılıqda üstünlüyə malik olmaq üçün fürsət axtarırlar.

Mal dövriyyəsi artan zaman sahibkarın qazancı da artmağa başlayır. Rəqabətli bazarda olan sahibkar rəqib üzərinə üstünlük qazanmaq üçün qiyməti aşağı salmağı fikirləşir. Lakin Azərbaycanda inhisarçının rəqibi olmadığından, qiyməti necə qaldıra biləcəyini düşünür. Bu məqamlar rəqabətli və inhisarçı sahibkarı fərqləndirən amillərdir.

Bəzi sahibkarlar da Ramazan ayının iftar süfrələrindən maksimum istifadə edərək pul qazanmağa çalışırlar. Restoranlarda iftar menyularına rast gəlinir. İftar menyusu özlüyündə dinin elementlərindən kommersiya məqsədi ilə istifadə etməkdir.

Ramazanda inanclı insanların oruc tutamağını nəzərə alan bəzi “sahibkar” lar iftar menyusu adı altında yeməklərin qiymətlərini süni şəkildə artırırlar. Onsuz da iftar edən şəxs üç xurma, bir kasa şorba, yaxud bir neçə tikə ətdən artıq qida qəbul edə bilmir. Əslində, ən ucuz menyu elə iftar üçün nəzərdə tutulan olmalıdır. Lakin bundan istifadə edərək yüngül menyulara yüksək qiymətlər qoyurlar”.

İsmayıl Bakuvi

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv