!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbol cameəsinin “Qarabağ” MƏYUSLUĞU: “Matçda ilk on dəqiqəni çıxmaq şərtilə...”

!Reklam – Yazi

“Komandamız bu təyziq altında rəqibə qarşı belə oyun göstərə bildisə, deməli, Avropanın istənilən komandasına qarşı mübarizə apara bilər”.

Bu fikirləri UEFA Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində baş tutan “Bayer Leverkuzen” – “Qarabağ” matçını dəyərləndirən futbol mütəxəssisi Ceyhun Sultanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Qarabağ ilə “Bayer Leverkuzen” matçından sonra futbol cameəsi hələ də özünə gələ bilməyib:

“Rəqib “Qarabağ”dan gözləmədiyi müqavimətlə qarşılaşdı. Düşünürəm ki, komandamız bu turnirdə Azərbaycan futbolu adına böyük işlərə imza atdı. Bu da onun nəticəsidir ki, artıq bütün Avropa “Qarabağ”ı tanıyır və qitədə Azərbaycan futbolu barədə təsəvvürlər xeyli dəyişib.

Qurban Qurbanovun qurduğu oyun üslubu, taktika Xabi Alonsodan daha üstün göründü. Baş məşqçimiz Alonsonu və komandasını analiz edərək ona qarşı necə oyun quracağını yaxşı bilirdi. Fikrimcə, matçın ilk on dəqiqəni çıxmaqla, Elvin Cəfərquliyevin qırmızı vərəqə almasına qədər “Qarabağ” rəqibdən daha üstün idi.

Komandamız bu təyziq altında rəqibə qarşı belə oyun göstərə bildisə, deməli, Avropanın istənilən komandasına qarşı mübarizə apara bilər. Təəssüf ki, komandamız hakimlərin yüksək səyi nəticəsində mərhələni keçə bilmədi. Ancaq bu, futboldur, irəli baxmaq lazımdır. Yerli çempionatda bu səviyyədə 4-5 komanda olsa, futbolumuz daha da inkişaf edər”.

İsmayıl Bakuvi

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv