!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzulidə ilk dəfə Şəhər Günü qeyd olunur - FOTOLAR

!Reklam – Yazi

Bu gün Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Füzuli şəhərində ilk dəfədir ki, Şəhər Günü qeyd edilir.

Yenicagaz xəbər verir ki, bayram tədbirində deputatlar, xarici ölkələrin diplomatları, Füzuli sakinləri, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Ölkəmizin tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə çıxış edirlər.

Qeyd edək ki, Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin, beynəlxalq hava limanı açılıb. Artıq Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir qrupunun qayıdışı təmin edilib./AZƏRTAC

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv