Daxili Qoqşunların Füzuli rayonunda minaya düşən hərbçilərinin adları bəlli olub.
Bununla bağlı Yenicag.az-a DİN-dən açıqlama verilib.
Bildirilib ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda xidmətdə olarkən minaya düşüb.
Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən hərbi qulluqçular – 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
***
15:30
Füzuli rayonunda Daxili Qoşunların iki hərbçisi minaya düşüb.
DİN Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçuları minaya düşüb.
İki hərbçi rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda həkim nəzarəti altındadırlar.