!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzulidə minaya düşən hərbçilərmizin adları - YENİLƏNDİ

!Reklam – Yazi

Daxili Qoqşunların Füzuli rayonunda minaya düşən hərbçilərinin adları bəlli olub.

Bununla bağlı Yenicag.az-a DİN-dən açıqlama verilib.

Bildirilib ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda xidmətdə olarkən minaya düşüb.

Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən hərbi qulluqçular – 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

***

15:30

Füzuli rayonunda Daxili Qoşunların iki hərbçisi minaya düşüb.

DİN Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçuları minaya düşüb.

İki hərbçi rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda həkim nəzarəti altındadırlar.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv