!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzulidə silah-sursat aşkar edildi

!Reklam – Yazi

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Yenicag.az DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 5 pulemyot, 5 avtomat, bir qumbaraatan, bir faqot, bir snayper tüfəngi, bir əl qumbarası, 3968 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv