!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzulidə Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi açıqlandı - VİDEO

!Reklam – Yazi

Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi açıqlanıb.

Yenicag.az xəbər verir ki, layihə 2 hektar ərazini əhatə edəcək. Burada 3 100 kvadratmetrlik bina inşa olunacaq.

Mərkəz gün ərzində 600 nəfəri qəbul etmək gücünə malik olacaq.

Burada səsyazma studiyası, musiqi – vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq – dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya və s. yaradılacaq.

Beləliklə, mərkəzdə uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.

Qeyd edək ki, Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə hazırlanıb.

Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv