!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

G20 sammitində Çindən gələn nümayəndələrdə şübhəli avadanlıq tapıldı

!Reklam – Yazi

Nyu-Dehlidəki hotelin təhlükəsizlik xidməti keçən həftə G20 sammitində iştirak edən Çin nümayəndələrində “şübhəli avadanlıq” aşkar edib.

İnsident sentyabrın 7-də Çin nümayəndə heyətinin sentyabrın 9-10-da keçiriləcək G20 sammitində iştirak etmək üçün qaldığı “Taj Palace” hotelində baş verib. Sammitin qonaqlarından biri hotelə “qeyri-adi ölçülərdə çanta” ilə gəlib. Təhlükəsizlik xidməti diplomatik protokola uyğun olaraq onu içəri buraxıb.

Daha sonra hotel işçisi nümayəndə heyətinin otağında iki çantanın içərisində şübhəli avadanlıq görüb. O, təhlükəsizlik xidmətini xəbərdar edib, təhlükəsizlik işçiləri isə öz növbəsində Çin rəsmilərindən çantaları skanerdən keçirilməsinə icazə vermələrini istəyiblər, lakin onlar bundan imtina ediblər.

“Təhlükəsizlik işçiləri təxminən 12 saat otağın qapısının ağzında dayanıblar, lakin Çin nümayəndələri yoxlama üçün çantalarını verməkdən imtina ediblər. Uzun danışıqlardan sonra Çin nümayəndə heyəti çantaları [ÇXR] səfirliyə aparıb”, – deyə hadisənin şahidi bildirib.
Daha sonra ÇXR nümayəndə heyətinin digər üzvləri hotelə gəliblər və onlar baqajlarının skanerdən keçirilməsinə icazə veriblər.

Mənbə: TASS

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv