!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

G7-dən Rusiyaya kimyəvi, bioloji və nüvə silahı ilə bağlı XƏBƏRDARLIQ

!Reklam – Yazi

NATO Xarici İşlər Nazirləri toplantısından sonra Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət ölkələrin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi mətbuata bəyanatla çıxış ediblər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda G7 xarici işlər nazirləri vurğulayıblar ki, Kiyev yaxınlığındakı Buça şəhərində tapılan mülki şəxslərin cəsədlərinə görə məsul şəxslər cavabdeh olacaqlar.

“Böyük yeddiliyin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi olaraq, Rusiya silahlı qüvvələrinin Buça və Ukraynanın digər şəhərlərində törətdiyi vəhşilikləri qəti şəkildə pisləyirik”, – bəyanatda deyilir.

Bəyanatda Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılması çağırışı edilib.

Bəyanatda G7-nin xarici işlər nazirləri Moskvanı “hər hansı kimyəvi, bioloji və ya nüvə silahı təhlükəsi və ya istifadəsinə qarşı” xəbərdar edərək, Rusiyanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini xatırladıblar.

“Rusiya tərəfindən belə silahdan istənilən istifadə qəbuledilməzdir və ciddi nəticələrə səbəb olacaq”, – XİN rəhbərlərinin bəyanatında deyilir.

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv