!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

G7 ölkələrindən Ukraynaya növbəti DƏSTƏK: Əlavə 20 milyard dollar ayrıldı

!Reklam – Yazi

G7 ölkələrinin maliyyə nazirləri Ukraynaya əlavə 20 milyard dollar ayrılmasını razılaşdırıblar.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, ayrılan vəsait Ukraynanın maliyyə vəziyyətinin sabitləşdirilməsinə yönləndirilməlidir.

Bu barədə danışan Almaniyanın maliyyə naziri Kristian Lindner bu qərarın G7 ölkələrinin Ukrayna ilə çiyin-çiyinə dayanmasının göstəricisi olduğunu bildirib:

“Ukraynanın özünümüdafiə qabiliyyətinə təminat verməliyik. Çünki biz burada Ukrayna hökumətinin likvidliyi təmin etməsinə dəstək olmalıyıq”.

G7 ölkələrinin Ukraynaya maliyyə yardımına dair qəbul etdikləri kommünikedə isə bunlar qeyd olunub:

“Biz Ukraynanın maliyyə sabitliyi üçün təxirəsalınmaz ehtiyaclarının olduğunu qəbul edirik. O baxımdan Ukraynada büdcənin müdafiəsi üçün 19,8 milyard dollar, eyni zamanda da, büdcə kəsirinin ödənilməsi və Ukrayna xalqına həyati xidmətlərin göstərilməsi məqsədilə 9,5 milyard dollar səfərbər etmişik.

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv