Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

G7 sammiti əleyhinə etiraz aksiyaları keçirildi - FOTO

Biarrits şəhərində keçirilən G7 sammiti əleyhinə nümayişlər təşkil olunub. Sammitin ikinci günü üçün bir çox altermondialist (qloballaşma əleyhinə olanlar) və anti-G7 təşkilatları “portretlər yürüşü” etməyi planlaşdırıb.

Yenicag.az xəbər verir ki, alternativ – G7 və “G7 Ez” (bask dilində “G7-yə yox deyək”) qrupları isə sammit əleyhinə Biarrits şəhəri yaxınlığında dinc nümayişlər planlaşdırsalar da, son anda onların ləğv edilməsi ilə bağlı kommunike yayıblar.

Alternativ-G7 qrupu kommunikedə təhlükəsizlik üçün həddən ziyadə polis cəlb olunduğunu göstərib. Bildirib ki, göstərilən şərtlər nümayiş iştirakçılarının təhlükəsizlik və fiziki toxunulmazlığını təmin etmir. Buna görə 7 məkanda nəzərdə tutulan nümayişlər ləğv olunur. Ancaq nümayişçilərin hüquqlarının pozulmasına qarşı digər aksiya keçiriləcəyi diqqətə çatdırılıb.

Avqustun 24-də G7 sammiti başlayanda keçirilən anti-sammit nümayişində 15 mindən çox aksiyaçı iştirak edib. Nümayiş zamanı 38 nəfər müvəqqəti saxlanılıb.

Həmin gün Bayonn şəhərində G7 sammiti əleyhinə keçirilən nümayiş zamanı polislə qarşıdurmada xəsarət alan olmasa da, polis nümayişçilərə qarşı su şırnağından və gözyaşardıcı qazdan istifadə edib./AZƏRTAC/

www.yenicag.az

505
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM