Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İrəvanda etiraz aksiyası - Həbslər başladı - Çarukyan da saxlanıldı / FOTO

Xəbər verdiyimiz kimi, Qarabağla bağlı sazişin imzalanmasından sonra İrəvanda etiraz aksiyaları keçirilir.

Yenicag.az “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki,polis əməkdaşları İrəvandakı “Azadlıq” meydanını mühasirəyə alıb.

Etiraz aksiyasında iştirak edənlər polis tərəfindən saxlanılır.

Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, “Vətən” partiyasının rəhbərliyi, parlamentin keçmiş aparat rəhbəri Arsen Babayan, Respublika Partiyasının idarə heyətinin üzvləri Eduard Şarmazanov, Vaqram Baqdasaryan, Qeqam Petrosyan və s. saxlanılıb.

Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəfli bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.

www.yenicag.az

213
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100