!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gecə klubunda yaralananlardan daha bir nəfər VƏFAT ETDİ - FOTO/YENİLƏNDİ 

!Reklam – Yazi

Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.

Yenicag.az xəbər verir ki, Ayxan Fətullazadə adlı şəxs ölüb.

O, gecə klubunda ofisiant işləyirmiş.

Baş Prokurorluğun Mətbuat Xidmətindən fakt təsdiqlənib

Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib, aprelin 9-u isə 2001-ci il təvəllüdlü Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində ölüb./Oxu.az/

*** 13:57

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

Yenicag.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

O, gecə klubunda ofisiant işləyirmiş.

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv