!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gecə saatlarında HƏYƏCAN TƏBİLİ: Binanın sütunu partladı - Sakinlər təcili təxliyə edildi /FOTO

!Reklam – Yazi

İstanbulun binaları həyəcan təbili çalmaqda davam edir.

Yenicag.az Türkiyə KİV-nə istinadən bildirir ki, axşam saatlarında Bahçelievlerdəki Soğanlı Mahallesi Alpay küçəsində yerləşən 46 illik bina boşaldılıb.

Axşam saatlarında binanın birinci mərtəbəsindəki sütunlardan gələn səsləri eşidən bina sakinləri Bahçelievler Bələdiyyəsinə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları vətəndaşları təxliyə edib və binaya daxil olunmaması üçün möhür vurulub.

Qalmağa yeri olmayan vətəndaşları Bahçelievler Bələdiyyəsi otelində qonaq edəcək. Binanın vəziyyəti ilə bağlı araşdırmalara başlanılıb.

Hadisə ilə bağlı bina müdiri Göksel Korkutata bunları deyib:

“Evdə olarkən nəzarətçidən zəng gəldi. Binanıın sütunlarının partlamaq üzrə olduğunu bildirdi. Mən aşağı düşəndə sütunlar partlamışdı və xırıltı səsləri gəlirdi. Panik içində hamının qapı zənginə basdım. Qışqırdım ki, mənzili boşaldın. Xilasetmə əməkdaşalrına xəbər verdik. Əməkdaşlar gəldi, təhlükəsiz zonası yaradıldı”.

Uçulma riski səbəbiylə boşaldılan binada edilən araşdırmalarda binanın 3 millimetr sürüşdüyü bildirilib.

 

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv