!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gecə yarısı oyanmağınızın SƏBƏBLƏRİ

!Reklam – Yazi

Otağın temperaturu 24 dərəcədən yuxarı və 12 dərəcədən aşağı olmalıdır

Avstraliyada “Bed Threads” yuxu məhsulları markasının mütəxəssisləri gecə insanların səbəbsiz yerə oyanmasını araşdırıb. Mütəxəssislər bu mövzuda tək olmadığınızı vurğulayaraq, sadəcə bir gecə yuxusuz qalmanın sağlamlığa təsir etdiyini bildirirlər. Çünki bir gecə hər zamankından az yatmaq ertəsi gün ən azı yorğun, halsız olacağınız deməkdir.

Yenicag.az təqdim edir:

1. Otaq istiliyi

Keyfiyyətli yuxu və sizin aranızda duran ən böyük amillərdən biri otaq temperaturudur. Yaxşı yuxu üçün bədən istiliyi normadan aşağı, otaq temperaturu isə həmişəkindən qismən soyuq olmalıdır. Bədənin temperaturu axşam saatlarında ən yüksək həddə çatdığı halda, yuxuladıqdan sonra ən soyuq həddə düşür. Mütəxəssislər yatmaq üçün ideal otaq temperaturunun 16-18 dərəcə olduğunu iddia edirlər. Otağın temperaturunun 24 dərəcədən yuxarı və 12 dərəcədən aşağı olmağı yuxusuz qalacağınız anlamına gəlir.

2. Həddindən artıq spirtli içki qəbulu

Bir neçə qədəhdən sonra daha asan yuxuya gedə biləcəyinizi düşünə bilərsiniz, ancaq yuxu keyfiyyətini nəzərə alsaq, bu, əslində təhlükəlidir.

3. Stress

Yuxu mütəxəssisləri evə dönərkən işi ofisdə buraxmağı məsləhət görürlər. Stresli əhvalınız bütün həftə ərzində davam edərsə, bir mütəxəssislə məsləhətləşmək tövsiyə olunur.

4. Həzm problemi

Yuxuya getmədən əvvəl nə qədər yemək lazım olduğunu özünüz müəyyənləşdirin. Mütəxəssislər yuxuya getməmişdən ən azı 2 saat əvvəl yemək yeməməyi tövsiyə edirlər. “Piramida” qidalanma üsulunu səhərdən axşamadək müəyyənləşdirin. Bu pəhriz növünə riayət edərək, “padşahlar kimi” səhər yeməyi və “evsizlər kimi” şam edin. Belə olan təqdirdə, çəkinizin də normallaşacağınızı görəcəksiniz.

5. Həddindən artıq işıq

Yuxu mütəxəssisləri beyninizə “yuxu vaxtı” siqnalını ötürmək üçün yataq otağının mümkün qədər qaranlıq olmasını tövsiyə edir. Yataq otağında planşetinizi və mobil telefonunuzu enerji yığmağa qoymayın. Yatmazdan əvvəl mavi ekrandan uzaq olmaq göz sağlamlığı üçün də önəmlidir./Aznews|

www.yenicag.az

1067
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv