Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gədəbəydə qar səbəbindən yolda çətinliklər yarandı

Respublikanın bir çox rayonlarına yağ qar nəticəsində rayonlarda, xüsusən dağlıq rayonlarda nəqliyyatın hərəkətində problemlər yaradıb.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Gədəbəy rayonu istiqamətində hərəkətdə olan qoşqulu yük maşını yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.

Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçirib. YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən bir hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün müəyyən işlər görülüb. Nəticədə yük maşını hərəkətini bərpa edərək yoluna davam edə bilib.

Loading...

www.yenicag.az

161
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100