Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Gedib Rövnəq Abdullayevi güllələyək?" - Aqil Abbas

Reklam: Sinerji Pro

Xorvatiyaya məğlubiyyətdən, Litva ilə heç-heçədən sonra futbol üzrə Azərbaycan millisinin üzvlərinə pul mükafatının verilməsi birmənalı qarşılanmayıb.

Yenicag.az-a açıqlama verən millət vəkili Aqil Abbas isə fərqli düşünür. Onun sözlərinə görə, bunu faciəyə çevirmək lazım deyil:

“Məsələdən xəbərim var. Aydın məsələdir ki, məğlub olan komandaya heç kim pul vermir. Belə bir şey yoxdur. Amma ilk oyunlarıdır. Futbolçulara maaş kimi veriblər. Dmitri Nazarovla Eddi İsrafilovun yol pulunu verməlidirlər, ya yox? Bunu faciəyə çevirmək lazım deyil. Oynayıblar, əziyyət çəkiblər”.

Aqil Abbas açıqlamasında keçmişə də nəzər salıb:

“Bir dəfə “Qarabağ”la Yablonetsə getmişdik. Çox pis uduzduq. Cibimdə min neçəsə dollar var idi. Sponsora dedim ki, sən canın, uşaqlara bir az pul ver. Dedi, uduzan komandaya pul verməzlər. Uşaqların hamısı dilxor idi, çörək yeyirdilər. Gəldim min dolları stolun üstünə qoydum ki, hərəniz buradan bir şey alıb aparın. Özümüzü öldürməyəcəyik ki?”

Məsələ burasındadır ki, Qurban Qurbanov millimizin baş məşqçisi olarkən AFFA rəhbərliyi belə səxavətli davranmayıb. AFFA-nın uğursuz nəticəyə görə pul mükafatı verməsi isə ikili standartın olduğunu isbatlayır. Millət vəkili açıqlamasında buna belə münasibət bildirib:

“Dostum, Qurban Qurbanov mənim ən sevimli adamımdır. O vaxt nə olub, dəqiq bilmirəm. Gərək Qurban Qurbanov istefaya göndərilməyəydi. Xaricdən gələn məşqçiləri də heç vaxt qəbul etməmişəm. AFFA çalışır ki, komandalara kömək etsin. Neçəsinin pulunu AFFA verir. İndi gedib Rövnəq Abdullayevi güllələyək? Deyək ki, niyə pul vermisən? Motivasiya üçün bir az pul veriblər. Dünya dağılmayıb ki”.

Emin Səfərov

www.yenicag.az

7866
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM