!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Kamran Həsənli KİMİ TOPA TUTDU?: “Aqil Abbasın dediyi o qadınlarla eyni mənəviyyatdadır”

!Reklam – Yazi

“Demək ki, həmin televiziya işçiləri də elə Aqil Abbasın dediyi o qadınlarla eyni mənəviyyatda, eyni düşüncədədirlər…”

Bunu tanınmış aparıcı Kamran Həsənli millət vəkili Aqil Abbasın “Sosial verilişlərdə millətə dərs verirlər, bu verilişlərin məqsədi ailə dəyərlərinə zərbə vurmaqdır. Üç-dörd əxlaqsız qadını yığıblar ora, deyir, onu müdafiə et” fikirlərinə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

K.Həsənli millət vəkili ilə düşüncələrinin üst-üstə düşdüyünü bildirərək onu dəstəkləyib:

“Aqil Abbasla fikirlərimiz üst-üstə düşür. Təbii ki, Azərbaycan televiziyası bərbad durumdadır. Düzdür, onları tənqid edən kimi tənqidi araşdırmaq və nəticə çıxarmaq əvəzinə, dərhal insanın şəxsiyyətinə qarşı hücuma keçirlər. Bu da onu göstərir ki, onlar adi taxtabaş “obıvatel”lərdən heç cür fərqlənmirlər. Bəli, razıyam, demək ki, həmin televiziya işçiləri də elə Aqil Abbasın dediyi o qadınlarla eyni mənəviyyatda, eyni düşüncədədirlər. Buna görə də bir-birilərini yaxşı başa düşürlər və bütün ölkəni də öz mənəviyyatlarına ortaq etmək istəyirlər. İstəyirlər ki, bütün ölkə elə olsun. Bütün ölkə olmasa da, müəyyən təbəqəyə təsir etməyə nail olublar”.

Cəvahir

www.yenicag.az

480
Ads
www.veteninfo.com
!Reklam – Arxiv