!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gedişhaqqının bahalaşmasına AÇILAN "QAPI" - “Bakı Metropoliteni”nin borcu artır - ŞƏRH

!Reklam – Yazi

“Qurumun gəlirlə işləməməsi fonunda gələcəkdə gedişhaqqının artırılması üçün bir bəhanə və ya səbəb ola bilər”. 

Bu sözləri Bakı Metropoliteninin 14 milyon manatlıq borcuna münasibət bildirən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət şirkətlərinin xərclərini və gəlirlərini şəffaf şəkildə açıqlamaması borclarının yüksək olduğunu göstərir. Burada uduzan isə əhali olur:

“Əslində Bakı Metropoliteni ilə yanaşı, digər dövlət qurumları da dəfələrlə öz zərərlərini açıqlayıblar. Əsas problem qurumların xərc hissəsinin şişirdilməsidir. Yəni, xərcləri düzgün şəkildə açıqlamadıqları üçün hesab aparmaq mümkün olmur. Demək olar ki, bütün dövlət şirkətlərinin vergi borcları həmişə yığılır. Bu, normal idarəetmə sisteminin tətbiq olunmamasından irəli gəlir. Bir müddət öncə “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov bildirmişdi ki, bir sərnişinin gediş haqqının maya dəyəri indiki qiymətdən daha bahadır. Bu xəbər və qurumun gəlirlə işləməməsi fonunda gələcəkdə gedişhaqqının artırılması üçün bir bəhanə və ya səbəb ola bilər. Zaur Hüseynovun açıqlamasından belə məlum olurdu ki, bir sərnişinin daşınma xərci 50-55 qəpik civarındadır. Gedişhaqqının nə qədər artırılacağı məlum deyil. Ancaq söhbət ondan gedir ki, maya dəyərinin hesablanma qaydaları ilə bağlı şəffaflıq yoxdur. Belə ki, 10 dayanacaq gedən sərnişinlə 1 dayanacaq gedən sərnişinin daşınma xərci eyni ola bilməz. Hər bir halda qiymət artımının olması ehtimalı yüksəkdir”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcunun artdığını bildirib. Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 01.02.2022-ci il tarixinə qədər vergi borcu 14 098 026 manatdır. 9 noyabr 2021-ci il tarixinə qədər “Bakı Metropoliteni” QSC-nin vergi borcu 12 milyon 974 min 333 manat təşkil edirdi.

Gülşən Şərif

www.yenicag.az

861
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv