!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gələn il Azərbaycanda benzinin qiyməti bahalaşacaq? - Mühüm AÇIQLAMA

!Reklam – Yazi

2024-cü ildə benzinin qiymətində dəyişiklik olacağı ilə bağlı iddiaların ardı-arası kəsilmir. Belə ki, Azərbaycanda premium markalı “Aİ-95” və super markalı “Aİ-98” benzinin qiymətinin artması gözlənilir. Məlumat üçün qeyd edək ki, bu yanacaq növlərində artım sonuncu dəfə 2022-ci ildə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Sabah”a açıqlama verib. Onun sözlərinə görə gələn il benzin qiymətlərində ciddi artım gözlənilmir:

“Əgər hansısa məhsulun qiyməti qalxacaqsa, bununla bağlı informasiyaları hökümət öncədən mətbuata sızdırır və ictimaiyyəti buna hazırlayır ki, kütləvi istehlakçılar arasında şok yaşanmasın. Amma hazırda yanacağın qiymətində dəyişiklik olacağına aid ab-hava hiss edilmir. Daxili bazarda istehsal genişlənir, dizel yanacağı və 92 markalı benzinin hər ay həcmi artır. Rəsmi statistika bunu göstərir. İstehsal genişlənirsə, idxal azalır. Rəsmi məlumatlara baxanda keçən il ondan əvvəlki illə müqayisədə idxal olunan benzinin həcminin aşağı düşdüyünü görmək mümkündür. Hansısa ölkənin istehlakçılarının tələbatını ödəməklə bağlı isə bir problem yoxdur. İstər 95 markalı, istərsə də 98 markalı benzinin qiymətləri dünya bazarlarındakı qiymətə əsaslanır. Bizdə qonşu ölkələr, Gürcüstan və Türkiyə ilə müqayisədə qiymət həmişə baha olur. Hazırda isə dünya bazarında neftin qiyməti artım istiqamətində irəliləmir. Yeni ildə isə neft bazarında qiymətlərin vahiməli dərəcədə bahalaşması gözlənilmir”.

Ekspert həmçinin bildirib ki, gələn ildən ölkə daxilində Avro 5 standartında olan dizel yanacağı istehsal olunacaq:

“Hazırda satışda olan dizel avro 2 standartındadır. Ancaq yeni ildən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodu modernizasiyasının növbəti mərhələsinə keçir. Bununla da daxili bazarda Avro 5 stardartlı dizel yanacağı istehlakçılara çatdırılacaq. Bu səbəbdən dizel yanacağının qiymətində artım gözlənilir. Bu isə onun keyfiyyəti ilə bağlıdır. Digər bir məsələ isə ölkənin daxilində istehsal edilən yanacağın qiymətinin idxal qiymətindən baha olmamasıdır. Ancaq bu məbləğin nə qədər olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Bu qiymətləri hökümət müəyyənləşdirir”.

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv