!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gələn il NATO Sammiti bu ölkədə keçiriləcək

!Reklam – Yazi

2025-ci ildə NATO Sammiti Niderlandda keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.

“2025-ci il NATO Sammitinin 24-26 iyun tarixlərində Haaqadakı Ümumdünya Forumunda keçiriləcəyini bildirməkdən məmnunam. Biz bu görüşə ilk dəfə ev sahibliyi etməyə razılıq verdiyinə görə Niderlanda minnətdarıq. Niderland NATO-nun qurucu üzvüdür və Alyansın müdafiəsinə mühüm töhfələr verir. Sammitimizdə liderlər sürətlə dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmaq və Alyansımızı gücləndirməyə davam etmək üçün qərarlar qəbul edəcəklər. Biz birlikdə NATO-da daha güclü və təhlükəsizik”, – Stoltenberq deyib.

Niderlandın xarici işlər naziri Hanke Bruins Slot və Haaqa şəhərinin meri Jan van Zanen tarixi və yeri təsdiqləyiblər.

Qeyd edək ki, NATO Sammitləri müttəfiq ölkələrin liderlərinin Alyansın qarşısında duran mühüm məsələlərlə bağlı qərarlar qəbul etmələri üçün fürsətdir.

NATO-nun 2024-cü il sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək./Apa/

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv