!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşdiriləcək

!Reklam – Yazi

2024-cü il və sonrakı üç il üçün orta aylıq əməkhaqqının dəqiqləşdirilmiş variantı müəyyənləşdiriləcək.

Yenicag.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2023-cü il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv