!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəlinini qəsdən öldürən qayınata tutuldu - TƏFƏRRÜATLAR

!Reklam – Yazi

Daşkəsəndə qayınatanın gəlinini öldürməsinə dair təfərrüatlar məlum olub.

Yenicag.az xəbər verir ki, münaqişə evə görə baş verib. Belə ki, Məhəmmədəli Mustafayevin iki oğlu var. Onlardan biri həyat yoldaşı ilə Bayan kəndində yerləşən digər evdə yaşayır. M.Mustafayev isə kiçik oğlu, onun arvadı və övladları ilə birlikdə qalırmış.

Bu gün M.Mustafayevin evində gəlinləri arasında mübahisə yaranıb. Mübahisə zamanı Məhəmmədəli Mustafayev bu söz-söhbətlərdən bezdiyini, artıq özünü öldürmə həddinə çatdığını bildirib. Onun böyük oğlunun həyat yoldaşı mübahisə bitdikdən sonra evi tərk edib.

Bundan sonra Məhəmmədəli Mustafayevlə kiçik gəlini Nəzakət Həsənova arasında münaqişə yaşanıb. Sonda isə M.Mustafayev öz gəlinini bıçaqla qətlə yetirib.

Qeyd edək ki, N.Həsənovanın 3 övladı var.

 

*** 14:00

 

Daşkəsən rayonunda gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub.

Bu barədə Yenicag.az-a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, avqustun 22-i, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir.

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv